14 
Dek
2020
12:44
1176

Dmanisi sakini bu şəxs axtarılır

Ailə üzvləri təxminən bir həftədir Dmanisidə yaşayan 27 yaşlı Nika Subelianini axtarır.

InterPress.ge xəbər verir ki, bu barədə itkin düşən şəxsin qardaşı Davit Subeliani məlmat verib.

Qardaşının dediyinə görə, 7 dekabrda Nika Subeliani Dmanisidən Tbilisiyə, Afrika qəsəbəsinə qohumlarının yanında gedib.

"Dmanisidən əmisi oğlu ilə Tbilisiyə gəlmişdi. 9 dekabr çərşənbə günü, gecə saat 12-də, Jinvali polisi tərəfindən saxlanıldı, o Kazbeqiyə gedirdi. Müvafiq idarəyə apardılar, yoxladılar, cərimə yazdılar və buraxdılar. Polislər ona yolların bağlı olduğuna görə Kazbekiden çıxa bilməyəcəyini dedilər. Qardaşım onlardan onu Mçxetaya qədər aparmalarını xahiş etdi. Polislər qardaşımı Mçxetaya apardılar və qardaşımın dediyi yerdə düşürdülər. Bundan sonar qardaşımdan xəbər alammadıq”,- dedi Davit Subeliani.

Onun sözlərinə görə, itkin qardaşının əynində qara gödəkçə, idman şalvarı və sport ayaqqabılar olub. Saqqalı var və boyu təxminən 1,65 - 1,70-dir.

Hər hansı məlumatı olan şəxslərin bu nömrə ilə əlaqə saxlamaları xahiş olunur: 599043806

Bizimlə əlaqə saxlayın