Bu gün Gürcüstanda koronavirusa yoluxan 1 337 nəfərin haradan olduqları açıqlandı
“1 337 yeni koronavirus halından 571-i Tbilisidə, 212-si Acarıstanda, 147-si İmeretidə aşkar edildi”.
InterPress.ge xəbər verir ki, bu barədə İdarələrarası Koordinasiya Şurasının Əməliyyat Qərargahı Sədrinin müavini Berdia Sichinava Hökümət İdarəsində keçirdiyi brifinqdə deyib.
O, koronavirusla bağlı dekabrın 14-nə olan son statistik məlumatlardan və hökumət tərəfindən görülən tədbirlərdən danışıb.
"Bu gün ölkədə aşkarlanan 1 337 yeni infeksiya halından paytaxt və bölgələr üzrə göstəricilər belədir: Tbilisi- 571, Acarıstan - 212, İmereti - 147, Kvemo Kartli - 168, Şida Kartli - 48, Quria - 16, Sameqrelo-Zemo Svaneti - 74, Kaxeti - 41, Mçxeta- Mtianeti - 41, Samçxe-Cavaxeti - 18, Raca-Leçxumi və Kvemo Svaneti – 1”,- dedi Sichinava.


