Çin hökuməti koronavirusa qarşı istifadə oluna biləcək dərmanın adını açıqlayıb
Çin hökuməti koronavirusa yoluxmuş, ağır vəziyyətdə olan xəstələrin müalicəsi zamanı “Roche Holding AG” şirkətinin artrit dərmanlarından istifadəni təsdiqləyib.
InterPress.ge-nin “Reuters”ə istinadən verdiyi xəbərə görə, İsveçrənin nəhəng əczaçılıq şirkəti tərəfindən “Actemra” ticarət nişanı altında satılan “Tocilizumab” preparatı ağ ciyərlərin ciddi zədələnməsinə məruz qalan və qanın tərkibində iltihabı və ya immunoloji xəstəlikləri bildirən “Interleukin 6” adlı proteinin miqdarı çox olan koronavirus xəstələrinə təyin edilə bilər.
“Roche” əczaçılıq şirkətinin fikrincə, “Actemra” preparatı “Interleukin 6” proteini ilə əlaqədar olan iltihabı məhdudlaşdırmağa kömək edə bilər.
Lakin hələlik bu preparatın koronavirus xəstələrinə səmərəli təsir göstərə biləcəyinə dair heç bir kliniki sınaq aparılmayıb.