04 
Mar
2020
09:54
818

Gürcüstan Səhiyyə Nazirliyi koronavirusla əlaqədar nağdsız ödənişlərə keçməyi tövsiyə edib

Gürcüstan Səhiyyə Nazirliyinin Milli Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Mərkəzinin direktoru Amiran Qamkrelidze yeni növ koronavirusun yayılması ilə mübarizə üçün sakinlərə mal və xidmətlərin ödənişi zamanı nağdsız ödənişlərə keçməyi təklif edib.

InterPress.ge xəbər verir ki, Qamkrelidze bu barədə jurnalistlərə bildirib.

“Çin tamamilə virtual valyutaya keçib, yəni bütün ödənişlər elektron qaydada həyata keçirilir. Biz də nağdsız ödəmələri etməyə çalışmalıyıq, lakin nağd ödəniş məcburidirsə, bundan sonra əllərinizi mümkün qədər hərtərəfli təmizləməlisiniz”, - Qamkrelidze belə deyib.

Qeyd edək ki, Gürcüstanda artıq üç koronavirus infeksiyası aşkarlanıb, yoluxmuş hər üç şəxs Gürcüstan vətəndaşlarıdır. 137 nəfər isə karantində saxlanılır.

Bizimlə əlaqə saxlayın