Donald Trampın "Evdə tək-2" filmində necə yer alması məlum oldu
"Evdə tək-2" filminin rejissoru Kris Kolambus ABŞ prezidenti Donald Trampın bu ekran əsərinə necə düşməsindən danışıb.
Bu barədə InterPress.ge “Insider”ə istinadən xəbər verir.
Rejissorun sözlərinə görə, yaradıcı heyət filmin çəkilişləri üçün həmin vaxt Trampa aid olmuş "Plaza" mehmanxanasını seçib. Ancaq ABŞ-ın gələcək liderinə qonorar verlərkən Donald Tramp kinematoqrafçılara qeyri-adi şərt irəli sürüb.
"Sizin filmin mehmanxanada çəkilişlərini apara bilməniz üçün yeganə üsul mənim filmdə olmağımdır", - Kolambus Trampın sözlərini sitat gətirib.
Rejissorun sözlərinə görə, filmin ilk nümayişində tamaşaçıların xoşuna gəldiyinə görə, o, səhnəni Trampla tərk etmək qərarına gəlib.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp özü məşhur "Evdə tək-2" filmində iştirakından bəhs edib.
"Çoxları hər il bu barədə danışırlar, xüsusilə Milad günlərində. Onlar, xüsusən azyaşlı uşaqlar deyirlər - mən indi səni kinoda gördüm. Onlar məni televizorda görmürlər kimi, mənə kinoda fikir verirlər. Bu, yaxşı filmdir və mən yumşaq desək, cavan idim. Mənim üçün bunu etmək şərəfli idi", - ABŞ prezidenti Floridadakı iqamətgahında hərbi qulluqçularla videoəlaqə ilə ünsiyyət saxlayaraq deyib.
Xatırladaq ki, 1992-ci ildə çəkilmiş filmdə Tramp da rol oynayıb. O, kiçik epizodda baş qəhrəmana – itmiş oğlan Kevinə kömək edir. Tramp ona mehmanxananın zalına necə keçməyi deyir. Bu epizod təxminən 10 saniyə davam edib.