29 
Fev
2020
12:50
633

Nazir: "TANAP Gürcüstanı beynəlxalq oyunçuya çevirdi"

"Cənub Qaz Dəhlizi layihəsinin sadəcə iştirakçı dövlətlər tərəfindən deyil Avropa İttifaqı tərəfindən də tanınması sevindirici haldır".

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın İqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında çıxışı zamanı deyib.

O bildirib ki, bu dəhliz əvvəllər sadəcə regional tranzit funksiyası olan Gürcüstanı beynəlxalq oyunçuya çevirib: "TANAP layihəsinin 2019-cu ilin dekabr ayında istifadəyə verilməsi qaz nəqlində mühüm bir hadisə oldu. Bildiyiniz kimi, açılış mərasimində iştirak edən Gürcüstanın Baş naziri bu layihənin enerji təhlükəsizliyində yeni bir dövr başladacağını bildirmişdi. TANAP və TAP layihələrindən əvvəl Gürcüstanın tranzit funksiyası yalnız regional səviyyədə idi, indi biz beynəlxalq oyunçu kimi təmsil olunuruq".

Nazir onu da qeyd edib ki, Cənub Qaz Dəhlizi beynəlxalq əhəmiyyətli layihələrin inkişaf etdirilməsinə dövlətlərin birgə səylərinin əhəmiyyətini bir daha nümayiş etdirir.

Bizimlə əlaqə saxlayın