27 
Fev
2020
09:47
705

Natiya Turnava : "Aviareyslərin dayandırlması bir ayda təxminən 30 milyon lari ziyan yaratdı, lakin vətəndaşlarımızın sağlamlığı üstündür"

"Çin və İran ilə aviareyslərin dayandırlması bir ayda təxminən 30 milyon lari ziyan yaratdı. Lakin, bizim üçün sözzsüz ki, vətəndaşlarımızın sağlamlığı bundan üstündür".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf naziri, Natiya Turnava bildirib.

“Koronavirus qlobal problemdir və sözsüz ki, hamı çox ciddi yanaşır. İlk növbədə bildirmək istəyirəm ki, Gürcüstan səhiyyə sistemi bu çağırışı hazırlıqlı qarşılayır. Siz görürsünüz ki, bütün vacib tədbirlər görülür. Səhiyyə nazirinin rəhbərlik etdiyi fövqəladə qərargah mövcuddur və nümayəndələrimiz burada müntəzəm olaraq toplaşırlar. Çin və İran ilə aviareyslərin dayandırlması bir ayda təxminən 30 milyon lari ziyan yaratdı. Lakin, bizim üçün sözzsüz ki, vətəndaşlarımızın sağlamlığı bundan üstündür. Bu bizim mövqeymizdir”, – nazir qeyd etdi.

Bizimlə əlaqə saxlayın