19 
Okt
2026
14:37
97

Jurnalist Vaxo Sanaya saxlanılıb

Gürcüstanlı jurnalist Vaxo Sanaya yaşadığı evin yaxınlığında saxlanılıb. Hakim Tornike Koçkian bu gün ona 30 günlük inzibati həbs cəzası verib.

InterPress.ge xəbər verir ki, Sanaya məhkəmə iclasında iştirak etməyib. O, sosial şəbəkədə yazdığı paylaşımlara görə təqib olunmasını absurd hesab etdiyini bildirib.

Gürcüstan Daxili İşlər Nazirliyi jurnalisti sosial şəbəkədə yayımladığı üç paylaşım vasitəsilə siyasi vəzifəli şəxsləri təhqir etməkdə ittiham edib.

Xatırladaq ki, Vaxo Sanaya daha əvvəl də 14 günlük inzibati həbs cəzasına məhkum edilmişdi. O, iyulun 22-də yaşadığı evin yaxınlığında saxlanılmışdı.

Həmin vaxt jurnalistə parlament sədri Şalva Papuaşvili və deputat Vladimir Bojadze haqqında sosial şəbəkədə yazdığı paylaşım səbəbindən 14 günlük inzibati həbs cəzası verilmişdi.

Tbilisi Şəhər Məhkəməsinə həmin paylaşımın hüquqi qiymətləndirilməsi üçün Daxili İşlər Nazirliyinin nəzdində yaradılmış Nifrət Nitqinə Qarşı Mübarizə İdarəsi müraciət etmişdi.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər