18 
Okt
2026
00:56
112

Qəbiristanlıqda mübahisə bıçaqlanma ilə nəticələndi

Gürcüstanın Kvareli bələdiyyəsinin Şilda kəndində 20 yaşına çatmamış gənc bıçaqlanıb. İlkin məlumata görə, xəsarətləri ona yetkinlik yaşına çatmayan şəxs yetirib.

InterPress.ge xəbər verir ki, hadisə kənd qəbiristanlığında baş verib.

Yerli sakinlərin sözlərinə görə, toyun ikinci gününü qeyd etdikdən sonra dostlarından birinin atasının məzarını ziyarət etməyə gedən gənclərlə yetkinlik yaşına çatmayanlardan ibarət qrup arasında şifahi mübahisə yaranıb. Mübahisə zamanı azyaşlılardan birinin 20 yaşına çatmamış gənci kəsici alətlə yaraladığı ehtimal olunur.

Yaralı baş və bel nahiyələrindən xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib və həyatına təhlükə olmadığı bildirilir.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə istintaq başlanılıb. Həmin maddə sağlamlığa qəsdən yüngül zərər vurmanı nəzərdə tutur.

 

Bizimlə əlaqə saxlayın