12 
Okt
2026
20:59
164

Gürcüstan Prokurorluğu penitensiar müəssisə əməkdaşlarına fiziki hücumla bağlı 3 məhkumun ittiham olunduğunu açıqlayıb

Gürcüstan Prokurorluğu penitensiar müəssisə əməkdaşlarına fiziki zorakılıq göstərilməsi faktları üzrə 3 məhkuma ittiham irəli sürüb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.

Qurumun məlumatına görə, Gürcüstan Ədliyyə Nazirliyinin Baş Müfəttişliyi tərəfindən aparılan istintaqla müəyyən edilib ki, cari il oktyabrın 2-də Xüsusi Penitensiar Xidmətin 6 saylı müəssisəsinin yaşayış korpuslarından birində yerləşən kamerada saxlanılan, xüsusilə ağır cinayətə görə məhkum edilmiş B.Ç. kameraya yoxlama məqsədilə gələn müəssisə direktorunun müavinini fiziki zorakılığa məruz qoyub.

Həmçinin oktyabrın 4-də 6 saylı penitensiar müəssisədə gəzinti sahəsindən qayıdarkən xüsusilə ağır cinayətə görə məhkum edilmiş C.C. və ağır cinayətə görə məhkum edilmiş V.T. müəssisənin hüquqi rejim şöbəsinin baş inspektoruna hücum edərək ona fiziki zorakılıq göstəriblər.

Prokurorluğun məlumatına əsasən, əvvəllər də penitensiar müəssisənin əməkdaşına qarşı zorakılıq törətmiş B.Ç.-yə Gürcüstan Cinayət Məcəlləsinin 378-ci maddəsinin 4-cü hissəsinin “b” yarımbəndi və həmin maddənin 5-ci hissəsi ilə ittiham irəli sürülüb. C.C. və V.T. isə Gürcüstan Cinayət Məcəlləsinin 378-ci maddəsinin 5-ci hissəsi ilə ittiham olunublar.

Qeyd olunan cinayətlərə görə 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Prokurorluq təqsirləndirilən şəxslər barəsində məhkəmədən ilkin məhkəmə iclasının təyin edilməsini xahiş edəcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər