12 
Okt
2026
14:16
233

Gürcüstanda məcburi köçkün ailələrə hər ailə üzvü üçün 10 min lari kompensasiya veriləcək

Gürcüstanda məcburi köçkün ailələrin mənzillə təmin edilməsi məqsədilə yaşayış binalarının tikintisi ilə yanaşı, mənzil əvəzinə pul kompensasiyası verilməsi proqramı da işə salınacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

Baş nazirin sözlərinə görə, proqrama qoşulmaq könüllü olacaq. Kompensasiyanın məbləği ailənin hər bir üzvü üçün 10 min lari müəyyən edilib.

“Prosesi sürətləndirmək məqsədilə yaşayış binalarının tikintisi ilə yanaşı, məcburi köçkün ailələrin mənzillə təmin edilməsi əvəzinə onlara pul kompensasiyası verilməsi proqramını tətbiq etmək qərarına gəldik. Proqrama qoşulmaq tamamilə könüllü olacaq.

Əvvəllər mənzil və ya kompensasiya almamış hər bir məcburi köçkün ailəsi İşğal olunmuş Ərazilərdən Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinə pul kompensasiyası almaq üçün müraciət etmək hüququna malik olacaq.

Kompensasiyanın məbləği ailənin hər bir üzvü üçün 10 min lari olacaq. Kompensasiya müraciətlərin təqdim edilmə ardıcıllığına uyğun olaraq veriləcək”, – deyə Baş nazir bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər