Azərbaycanda hicablı şagirdlərin məktəbə buraxılmamasına etirazlar başlayıb
Azərbaycanda hicablı şagirdlərin və müəllimələrin məktəbə buraxılmaması ilə bağlı etirazlar başlayıb.
InterPress.ge xəbər verir ki, ölkənin müxtəlif şəhər və kəndlərində şagirdlər və valideynlər etiraz aksiyalarına qoşulublar.
Sosial şəbəkələrdə yayılan görüntülərdə hicablı qız şagirdlərin məktəb direktorları tərəfindən təhsil müəssisələrinə buraxılmadığı bildirilir. Paylaşımlarda səbəb kimi məktəbli formasının tələblərinə uyğun olmayan geyimlə məktəbə daxil olmağın qadağan edildiyi göstərilir.
Etiraz edən şagirdlər və valideynlər isə məktəbli formasına uyğun geyindiklərini, problemə hicabın səbəb olduğunu bildirirlər.
Etiraz aksiyalarında oğlan şagirdlər, hicabsız valideynlər və digər şagirdlər də iştirak edirlər. Aksiya iştirakçıları əllərində “Hicaba azadlıq” və “Hicab təhsilə maneə deyil” yazılmış plakatlar qaldıraraq etirazlarını ifadə edirlər.


