İrakli Qaribaşvili: Bu gündən mənim və ailəmin təhlükəsizliyinə görə tam məsuliyyət Bidzina İvanişvilinin və bütün hakimiyyətin üzərinə düşür
Həbsdə olan keçmiş baş nazir İrakli Qaribaşvili açıqlama yayıb. O, açıqlamasında özünün və ailəsinin təhlükəsizliyi ilə bağlı məsuliyyətin bundan sonra Bidzina İvanişvilinin və bütün hakimiyyətin üzərinə düşdüyünü bildirib.
InterPress.ge xəbər verir ki, Qaribaşvili sabah geniş məktub yayımlayacağını və cəmiyyətə öz həqiqətini danışacağını açıqlayıb.
“Bu məktubu mənə Bidzina İvanişvilinin göstərişi ilə göndəriblər. Mən bu addımı atmamaq üçün hər şeyi sınadım və etdim. Təəssüf ki, mənə başqa yol qoymadılar ki, bu şərəfimə toxunan pisliyə, bu amansız qəddarlığa, təzyiqə və ədalətsizliyə, mənim və ailəmin məhv edilməsinə yönəlmiş çirkli plana qarşı çıxmayım.
Sabah geniş məktub yayımlayacağam və cəmiyyətə öz həqiqətimi deyəcəyəm! Bu gündən etibarən mənim və ailəmin təhlükəsizliyinə görə tam məsuliyyət Bidzina İvanişvilinin və bütün hakimiyyətin üzərinə düşür!” – deyə İrakli Qaribaşvilinin məktubunda qeyd olunub.
Qaribaşvili, həmçinin öz açıqlamasında istinad etdiyi məktubu da yayıb.
Məktubda qeyd olunur ki, Ditо Çubiniadze və İrma İnаşvili kimi “dəstəkçilərin”, eləcə də sosial şəbəkələrdə təşkil olunan kampaniyaların ciddi şübhələr yaratdığı və vəziyyətə böyük zərər vurduğu bildirilir.
“Bir neçə iş üzrə çox intensiv iş aparılır və onların ehtimal olunan nəticəsi korrupsiya ittihamları olacaq. Buna görə bizim iki fəaliyyət variantımız var: 1. Ciddi şəkildə mübahisə etmək və sonadək mübarizə aparmaq. 2. İkinci variantı özləri bizə kompromis çıxış yolu kimi təklif etdilər – hansısa bir işi etiraf etmək, hər şeyi razılaşma əsasında həll etmək, o cümlədən etiraf və şahidlərin ifadə verməsi və s.
Bu halda bizə 5 illik müddətlə eyni cür prosessual razılaşma təklif edirlər. Mənə izah etdikləri kimi, cəzalar bir-birini əvəz edəcək və nəticədə yenə 5 il qalacaq.
Azadlığa çıxdıqdan sonra siyasətə yaxınlaşmamalıyam. Əgər ‘aldatmağa qərar versən’, etiraf edəcəyin korrupsiya ittihamı siyasətə qayıtmağı düşünməməyin üçün sığorta mexanizmi olacaq”, – deyə məktubda bildirilir.


