03 
Iyl
2026
09:57
52

Ayətullah Əli Xameneinin dəfn mərasiminə 100 ölkənin nümayəndələri qatılacaq

İranın ali dini lideri Ayətullah Əli Xameneinin vida və dəfn mərasimində 100 ölkədən nümayəndə heyətlərinin iştirakı gözlənilir.

InterPress.ge xəbər verir ki, bu barədə İran parlamentinin sədri İsmayıl Bəqai İran KİV-lərinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, nümayəndə heyətlərinin tərkibində dövlət başçıları, parlament sədrləri, xarici işlər nazirləri və hökumətlərin xüsusi nümayəndələri yer alacaqlar.

İsmayıl Bəqai bildirib ki, anım və vida mərasimi 3 iyul tarixində, səhər saat 08:00-da başlayacaq. Tədbirdə yüksək vəzifəli dövlət rəsmiləri və müxtəlif ictimai qrupların nümayəndələri iştirak edəcəklər.

Həmin gün günorta saatlarında isə müxtəlif ölkələrdən gələn yüksək səviyyəli rəsmilər və siyasi xadimlərin iştirakı ilə rəsmi mərasim keçiriləcək.

Bəqainin sözlərinə görə, Ayətullah Əli Xamenei ilə vida mərasimləri 4 və 5 iyul tarixlərində Tehrandakı İmam Xomeyni Musallasında davam edəcək.

Dəfn yürüşü 6 iyul tarixində Tehranda keçiriləcək. 7 iyul tarixində müqəddəs Qum şəhərində növbəti mərasim təşkil olunacaq.

Vida mərasimlərinin sonuncusu isə 9 iyul tarixində müqəddəs Məşhəd şəhərində keçiriləcək.

İran parlamenti sədrinin sözlərinə görə, Ayətullah Əli Xamenei Məşhəddəki İmam Rza ziyarətgahında dəfn olunacaq.

Bizimlə əlaqə saxlayın