28 
May
2026
14:44
88

Rustavidə bir neçə mənzil oğurluğunda təqsirləndirilən şəxs saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyi Rustavidə bir neçə mənzildən oğurluq etməkdə təqsirləndirilən, əvvəllər dəfələrlə məhkum olunmuş şəxsin saxlanıldığını açıqlayıb.

InterPress.ge xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Bildirilib ki, Kvemo Kartli Polis Departamentinin Rustavi Şəhər İdarəsinin əməkdaşları yaşayış evinə qanunsuz daxil olaraq külli miqdarda oğurluq etməkdə təqsirləndirilən şəxsi saxlayıblar.

İstintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxs müxtəlif vaxtlarda Rustavidə yerləşən yaşayış evlərindən gizli şəkildə külli miqdarda pul və qiymətli əşyalar oğurlayıb.

Polis tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində cinayəti törədən şəxs təqsirləndirilən şəxs qismində saxlanılıb. Oğurlanmış pul və zinət əşyalarının bir hissəsi, həmçinin qıfılların açılması üçün istifadə olunan alətlər maddi sübut kimi götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin 3-cü və 4-cü hissələri ilə istintaq aparılır. Həmin maddə 10 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın