22 
May
2026
14:59
244

Rüşvət müqabilində müsadirə olunmuş pulların qaytarılması – DTX əməliyyat keçirdi

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) məlumatına görə, qurumun keçmiş rəhbəri Qriqol Liluaşvili onun müavini olmuş Levan Axobadzenin sahibkardan rüşvət tələb etməsi barədə məlumatlı olub.

InterPress.ge xəbər verir ki, bu barədə DTX-nin Antikorrupsiya Agentliyinin direktoru Emzar Qaqnidze keçirilən brifinqdə açıqlama verib.

Onun sözlərinə görə, iş üzrə ifadələrdən birində qeyd olunur ki, məhz Qriqol Liluaşvilinin müdaxiləsindən sonra tələb olunan məbləğ yarıya endirilib.

“İfadələrdən birinə əsasən, Qriqol Liluaşvilinin müdaxiləsi ilə tələb olunan məbləğ azaldılıb və müsadirə edilmiş pulun geri qaytarılmasından bir neçə gün sonra sahibkar vasitəçi şəxsə Levan Axobadzeyə çatdırılması üçün 250 min lari verib”, – deyə Emzar Qaqnidze bildirib.

İstintaqla müəyyən edilib ki, 2024-cü ilin aprel ayında Levan Axobadze DTX rəhbərinin müavini vəzifəsində işlədiyi dövrdə sahibkardan Gürcüstan-Rusiya sərhədində yerləşən Lars gömrük-keçid məntəqəsində 40 milyon Rusiya rublunun (Milli Bankın məzənnəsinə əsasən təxminən 1 milyon 164 min lari) müsadirə olunduğunu öyrənib.

Gürcüstan qanunvericiliyinə əsasən, 100 min laridən artıq nağd vəsaitin düzgün bəyan edilmədən sərhəddən keçirilməsi pulun 10%-i həcmində cərimə və ya vəsaitin müsadirəsi ilə nəticələnir.

Məlumata görə, sahibkar qanunla nəzərdə tutulan cəriməni ödəyərək vəsaiti geri almaq üçün Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinə müraciət edib, lakin imtina cavabı alıb.

Bundan sonra Levan Axobadze vasitəçilər vasitəsilə sahibkarla əlaqə saxlayaraq müsadirə olunmuş vəsaitin qaytarılmasına kömək edəcəyini bildirib.

İstintaq materiallarına əsasən, sahibkar 2024-cü il aprelin 30-da Lars gömrük-keçid məntəqəsində cərimə ödədikdən sonra pulunu geri ala bilib. Bundan sonra isə Levan Axobadze yenidən vasitəçilərlə sahibkarla əlaqə saxlayaraq “yardım” qarşılığında 500 min lari rüşvət tələb edib.

DTX-nin məlumatına görə, sonradan məbləğ 250 min lariyə endirilib və həmin vəsait elə həmin gün Levan Axobadzeyə onun iş otağında təqdim olunub.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin 3-cü hissəsinin “e” bəndi ilə istintaq aparılır. Bu maddə 11 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Qeyd edək ki, DTX-nin Antikorrupsiya Agentliyinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Levan Axobadze xüsusilə külli miqdarda rüşvət alma faktı ilə saxlanılıb. O, Qriqol Liluaşvilinin müavini olub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər