20 
May
2026
11:03
188

Kobaxidze məzunlara müraciət etdi – “Sizin enerjiniz Gürcüstanın sabahını qurmalıdır”

Gürcüstanın Baş naziri İrakli Kobaxidze məktəbi başa vuran 12-ci sinif şagirdlərini məzun olmaları münasibətilə təbrik edib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze məzunlara ünvanladığı təbrik müraciətində bildirib. Baş nazir qeyd edib ki, gənclərin zəhmətkeşliyi və enerjisi ölkənin gələcəyini formalaşdırmalıdır.

“Əziz 12-ci sinif şagirdləri, məktəbi başa vurmağınız münasibətilə sizi təbrik edirəm! Son zəngdən sonra həyatınızın tamamilə yeni mərhələsi başlayır. Qarşınızda inkişaf və özünüreallaşdırma üçün böyük imkanlar açılır. İnanıram ki, istedadınız və əməyiniz sayəsində cəmiyyətdə layiqli yer tutacaqsınız. Sizin zəhmətkeşliyiniz və enerjiniz ölkəmizin sabahını qurmalıdır. Sizə bütün qarşıya qoyduğunuz məqsədlərə nail olmağı arzulayıram”, – deyə Baş nazir bildirib.

Bizimlə əlaqə saxlayın