13 
May
2026
20:13
1173

Sürücülük vəsiqəsi almaq istəyənlərin nəzərinə - YENİ QAYDA

Gürcüstan Xidmət Agentliyi vətəndaşların sürücülük vəsiqəsi almaq üçün nəzərdə tutulan növbədənkənar – 250 lari dəyərində praktiki imtahanı yalnız şənbə günləri verə biləcəklərini açıqlayıb.

InterPress.ge xəbər verir ki, avtomobil idarəetmə hüququnun əldə olunması ilə bağlı praktiki imtahan qaydalarına dair dəyişiklik 2026-cı ilin iyun ayından qüvvəyə minəcək.

Xidmət Agentliyinin yaydığı məlumata görə, dəyişiklik vətəndaşların maraqları və xidmətlərin əlçatanlığının artırılması nəzərə alınaraq həyata keçirilir.

“Mövcud qaydalara əsasən, vətəndaşlar bazar ertəsindən şənbə gününədək həm planlı, həm də növbədənkənar (250 lari dəyərində) praktiki imtahandan yararlana bilirdilər. Dəyişiklik qüvvəyə mindikdən sonra isə bazar ertəsindən cümə gününədək yalnız planlı imtahanlar keçiriləcək. Növbədənkənar imtahan vermək imkanı isə yalnız şənbə günü olacaq”, – deyə məlumatda bildirilir.

Bununla yanaşı qeyd olunur ki, növbədənkənar imtahanlar üçün ayrılmış kvotalar tam şəkildə planlı imtahanlara əlavə olunacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər