Gürcüstanda yanacaq yenidən bahalaşır – qiymətlər 50 tetriyədək artıb
Gürcüstanda yanacağın qiyməti yenidən artıb.
InterPress.ge xəbər verir ki, son iki həftə ərzində qiymətlər 5 tetri ilə 50 tetri arasında bahalaşıb.
Məlumata görə, bahalaşmanın əsas səbəbi Yaxın Şərqdə baş verən hadisələr ola bilər. Bu proseslər nəticəsində Hörmüz boğazı vasitəsilə daşımalar çətinləşib. Qeyd olunur ki, dünya neft tədarükünün təxminən beşdə biri məhz bu marşrutdan həyata keçirilirdi.
Hazırda müxtəlif brend yanacaqdoldurma məntəqələrində qiymətlər (2026-cı il 13 mart tarixli göstəricilərlə müqayisədə) belədir:
Gulf (10–22 tetri artım)
• G-Force Super – 3.83 lari (əvvəl 3.63)
• G-Force Premium – 3.33 lari (3.23)
• G-Force Euro Regular – 3.29 lari (3.09)
• Euro Regular – 3.27 lari (3.07)
• G-Force Euro Diesel – 3.67 lari (3.45)
• Euro Diesel – 3.57 lari (3.35)
Wissol (13–31 tetri artım)
• Eco Super – 3.82 lari (3.69)
• Eco Premium – 3.42 lari (3.27)
• Eco Diesel – 3.72 lari (3.41)
• Euro Diesel – 3.67 lari (3.36)
• Euro Regular – 3.27 lari (3.12)
Socar (13–42 tetri artım)
• Nano Super – 3.72 lari (3.59)
• Nano Premium – 3.40 lari (3.15)
• Nano Euro Regular – 3.24 lari (2.99)
• Euro 5 Diesel – 3.50 lari (3.09)
• Nano Euro 5 Diesel – 3.60 lari (3.18)
Rompetrol (15–35 tetri artım)
• Efix Super – 3.80 lari (3.65)
• Efix Euro Premium – 3.43 lari (3.25)
• Euro Regular – 3.27 lari (3.12)
• Efix Euro Diesel – 3.65 lari (3.30)
• Euro Diesel – 3.60 lari (3.25)
Portal (5–50 tetri artım)
• Super – 3.24 lari (3.14)
• Premium – 3.09 lari (3.04)
• Euro Regular – 2.89 lari (dəyişməyib)
• Euro Diesel – 3.69 lari (3.19)
• Effektiv Diesel – 3.49 lari (3.09)
Ekspertlər qeyd edir ki, regionda gərginlik davam edərsə, yaxın dövrdə yanacaq qiymətlərində əlavə artım ehtimalı da qalır.


