01 
Okt
2026
22:37
317

Marneulidə 13 yaşlı yeniyetmənin doğuşu ilə bağlı araşdırma başlanıb

Marneulidə 13 yaşlı yeniyetmənin doğuşu faktı ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən araşdırma başlanıb.

InterPress.ge xəbər verir ki, yayılan məlumata görə, yeniyetmə Marneuli doğum evində əkiz uşaq dünyaya gətirib. Körpələrdən biri vəfat edib.

Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 140-cı maddəsinin birinci hissəsi ilə araşdırma aparılır. Sözügedən maddə 16 yaşına çatmamış şəxslə cinsi əlaqəni nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın