01 
Okt
2026
19:42
257

Gürcüstanda yağışlı hava nə vaxta qədər davam edəcək?

Gürcüstan Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, oktyabrın 1-i günün sonundan 3-ü günün ikinci yarısınadək ölkə ərazisində fasilələrlə yağıntılı hava şəraiti gözlənilir.

InterPress.ge xəbər verir ki, yağıntıların Gürcüstanın dağlıq və yüksək dağlıq rayonlarında, həmçinin Acarıstanda, Kaxeti və Kvemo Kartli bölgələrində bəzi yerlərdə güclü olacağı proqnozlaşdırılır. Həmçinin ildırım, dolu, küləyin güclənməsi və dənizdə 3-4 ballıq fırtınalı dalğalanma mümkündür.

Agentliyin məlumatına görə, güclü yağışlar nəticəsində çaylarda suyun səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsi, kiçik çaylarda daşqınların baş verməsi, eləcə də təpəlik və dağlıq ərazilərdə sürüşmə və sel proseslərinin yaranması və aktivləşməsi mümkündür.

Təhlükə səviyyəsi orta qiymətləndirilir.

Bizimlə əlaqə saxlayın