İrakli Kobaxidze Nyu-Yorkda Donald Trampın rəsmi qəbulunda iştirak edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze sentyabrın 22-də Nyu-Yorkda ABŞ Prezidenti Donald Trampın rəsmi qəbulunda iştirak edib.
InterPress.ge xəbər verir ki, Gürcüstan hökumət administrasiyasının məlumatına görə, rəsmi qəbul BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak edən dövlətlərin liderlərinin şərəfinə təşkil olunub.
Qeyd edək ki, İrakli Kobaxidze ABŞ-a rəsmi səfəri çərçivəsində BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edib. O, həmçinin müxtəlif dövlətlərin liderləri və BMT-nin Baş katibi Antonio Quterreşlə görüşüb.
ABŞ səfərindən sonra Kobaxidze bildirib: “Həm ABŞ Prezidenti, həm də Dövlət katibi ilə söhbət etmək imkanım oldu. Strateji tərəfdaşlığın bərpasını istədiyimizi qeyd etdim. Bu qısa söhbət çox müsbət keçdi”.


