15 noyabr 2026-cı il tarixində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair və mütəfəkkir Mirzə Şəfi Vazehin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
InterPress.ge xəbər verir ki, tədbir Gürcüstan Azərbaycanlı Tələbələr Birliyi (GASU) və “Yeni Nəslin Liderləri”nin təşkilatçılığı ilə baş tutub.
Tədbir çərçivəsində əvvəlcə şairin məzarı ziyarət olunub, məzarı önünə gül dəstələri qoyularaq əziz xatirəsi ehtiramla yad edilib.
Daha sonra Tbilisi Botanika bağında ədəbi-bədii görüş keçirilib. Görüşdə Mirzə Şəfi Vazehin həyat və yaradıcılığı, Tbilisi dövrü, müəllimlik fəaliyyəti, yaratdığı “Divani-Hikmət” ədəbi-fəlsəfi məclisi və yaradıcılığının Avropada tanınması barədə məlumat verilib.
Qeyd edək ki, Mirzə Şəfi Vazeh 16 noyabr 1852-ci ildə vəfat edib.






