Yaxın Şərqdə gərginlik fonunda Gürcüstanda yanacağın qiyməti artıb
Yaxın Şərqdə baş verən hadisələr və dünya bazarında neftin qiymətlərinin rekord həddə artması fonunda Gürcüstanda yanacaq bahalaşıb.
InterPress.ge xəbər verir ki, bu barədə bm.ge məlumat yayıb.
Məlumata görə, ölkədə fəaliyyət göstərən brend yanacaqdoldurma məntəqələrində qiymətlərin dəyişdirilməsi martın 7-dən başlayıb. Bəzi şəbəkələr isə qiymətləri bu gün yeniləyib.
Bir sıra yanacaqdoldurma məntəqələrində yanacağın qiyməti 2–12 tetri, bəzi şəbəkələrdə isə dizelin qiyməti 18 tetriyə qədər artıb.
Nəşr qeyd edir ki, Gürcüstanda yanacağın qiymətində artım əsasən dizel növlərində müşahidə olunur.
Wissol yanacaqdoldurma məntəqələrində qiymətlər sonuncu dəfə 10 yanvarda dəyişmişdi. Lakin martın 7-də yenidən bahalaşma baş verib və yanacaq növündən asılı olaraq 15–18 tetri artım qeydə alınıb.
Hazırda qiymətlər belədir:
-
Eco Super – 3.69 lari (artım 15 tetri)
-
Eco Premium – 3.25 lari (artım 15 tetri)
-
Eco Diesel – 3.41 lari (artım 18 tetri)
-
Euro Diesel – 3.38 lari (artım 18 tetri)
-
Euro Regular – 3.12 lari (artım 15 tetri)
-
Diesel Energy – 3.31 lari (artım 18 tetri)
Gulf yanacaqdoldurma məntəqələrində qiymətlər martın 9-dan sonra dəyişib və yanacaq növləri üzrə 6–8 tetri bahalaşıb.
Hazırkı qiymətlər:
-
G-Force Super – 3.53 lari (dəyişməyib)
-
G-Force Premium – 3.13 lari (artım 6 tetri)
-
G-Force Euro Regular – 2.99 lari (artım 2 tetri)
-
Euro Regular – 2.97 lari (artım 5 tetri)
-
G-Force Euro Diesel – 3.25 lari (artım 12 tetri)
-
Euro Diesel – 3.15 lari (artım 12 tetri)
Rompetrol:
-
Efix Super – 3.59 lari
-
Efix Euro Premium – 3.15 lari
-
Euro Regular – 3.04 lari
-
Efix Euro Diesel – 3.15 lari
-
Euro Diesel – 3.10 lari
Lukoil:
-
Euro Super – 3.59 lari
-
Premium Avangard – 3.15 lari
-
Euro Regular – 3.04 lari
-
Euro Diesel – 3.10 lari
Socar:
-
Nano Super – 3.55 lari
-
Nano Premium – 3.15 lari
-
Nano Euro Regular – 2.95 lari
-
Euro 5 Diesel – 3.08 lari
-
Nano Euro 5 Diesel – 3.08 lari
Qeyd olunur ki, bəzi şəbəkələr – Socar, Lukoil, Rompetrol və Portal – rəsmi saytlarında qiymət dəyişikliklərinin arxivini təqdim etmədiyinə görə əvvəlki qiymətlərlə müqayisə aparmaq mümkün deyil.


