Parlament bazar satıcılarının vergitutma qaydalarının dəyişdirilməsinə baxacaq
Gürcüstan hökuməti parlamentə vergi qanunvericiliyinə dəyişiklik layihəsi təqdim edib.
InterPress.ge xəbər verir ki, layihəyə əsasən, bazarların təşkili və bu ərazilərdə ticarət fəaliyyəti üçün qüvvədə olan xüsusi vergitutma rejimi ləğv olunur.
Dəyişikliklərə görə, “Vergi Məcəlləsindən” xüsusi ticarət zonaları və bazarların təşkili ilə bağlı bütün tənzimləmələr çıxarılır.
Hökumətin açıqlamasına görə, bu normalar praktik olaraq qüvvəyə minməyib və artıq aktuallığını itirib.
“Kiçik sahibkarlar üçün 1%-lik gəlir vergisi rejimi qüvvədə olduğu üçün, bazar satıcılarının 3%-lə vergiyə cəlb edilməsini nəzərdə tutan bu müddəalar artıq əhəmiyyətini itirib. Buna görə də, xüsusi ticarət zonaları və bazarların təşkili ilə bağlı qaydalar ləğv edilir,” – deyə qanun layihəsinin izahat vərəqində qeyd olunur.
Vergi qanunvericiliyinə planlaşdırılan dəyişikliklərə Parlament təcili qaydada baxacaq.


