08 
Nybr
2025
09:43
312

Məhkəmə Mamuka Xazaradze və Badri Japaridzeyə 1 milyon lari girov təyin etdi

Tbilisi Şəhər Məhkəməsi “sabotaj işi” üzrə keçirilən iclasda “Lelo–Güclü Gürcüstan” partiyasının liderləri Mamuka Xazaradze və Badri Japaridze barəsində prokurorluğun vəsatətini tam şəkildə təmin edib.

InterPress.ge xəbər verir ki, məhkəmənin qərarına əsasən, hər iki siyasətçiyə 1 milyon lari məbləğində girov qətimkan tədbiri seçilib və ödəmə üçün 30 günlük müddət müəyyən olunub.

Məlumata görə, digər müxalif siyasətçilərin işinə dair ilkin məhkəmə iclası 25 dekabr saat 13:00-da keçiriləcək. Qərarı hakim Fikria Siqturaşvili iclas zalında müzakirədən sonra elan edib.

Xatırladaq ki, Gürcüstan Baş Prokurorluğu Mixeil Saakaşvili, Giorgi Vaşadze, Nika Quaramia, Nika Melia, Zurab Japarıdze, Elene Xoştaria, Mamuka Xazaradze və Badri Japaridze barəsində yeni cinayət təqibi başladıb.

Prokurorluğun məlumatına görə, istintaq işi dövlətə qarşı törədilmiş cinayətlərə — sabotaj, xarici dövlətin düşmənçilik fəaliyyətinə yardım, Gürcüstanın konstitusiya quruluşuna və milli təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyətin maliyyələşdirilməsi, habelə konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya hakimiyyətin devrilməsinə çağırış ittihamlarına — əsaslanır.

Bizimlə əlaqə saxlayın