İrakli Kobaxidze: “Aİ səfiri və Avropa bürokratiyası ikili standartlarla hərəkət edir”
"Avropa İttifaqının səfiri və ümumilikdə Avropa bürokratiyası “Vahid Milli Hərəkat”ın zorakılıq hallarına heç vaxt reaksiya vermir və bu, ikili standartların açıq nümunəsidir."
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
Baş nazir 4 oktyabr mitinqi ilə bağlı açıqlamasında qeyd edib ki, Avropa İttifaqının səfirinin davranışı artıq “heç kim üçün təəccüb doğurmur”.
“Bu, ‘millətçilərin’ (natsionalistlərin) zorakılığa əl atdığı ilk hal deyil, amma Avropa İttifaqının səfiri də, Avropa bürokratiyası da buna heç vaxt münasibət bildirmir. Onlar, məsələn, jurnalistlərə qarşı zorakılıq baş verəndə də susurlar. Bu, klassik ikili standartdır. Aİ səfiri bu dəfə də həmin ikili standartlarla hərəkət edir. Təəssüf ki, Avropa bürokratiyası bu səviyyəyə enib,” – deyə Kobaxidze bildirib.


