29 
Okt
2025
13:31
292

Kvemo Kartli bölgəsinə yeni qubernator təyin edildi - SƏS

Gürcüstanın baş naziri İrakli Kobaxidze İlia Calaxaniyanı Kvemo Kartli bölgəsinin yeni dövlət müvəkkili (qubernatoru) təyin edib.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Hökumət Administrasiyasının mətbuat xidməti yayıb.

Bildirilib ki, baş nazir yeni nümayəndəyə fəaliyyətində uğurlar arzulayıb və regionda həyata keçirilən və planlaşdırılan layihələrin effektiv icrasının vacibliyinə diqqət çəkib. Kobaxidzenin sözlərinə görə, layihələrin keyfiyyətlə və vaxtında başa çatdırılması ilə yanaşı, əhalinin ehtiyaclarına və mövcud problemlərə operativ reaksiya verilməsi də dövlət müvəkkilinin əsas vəzifələrindən biridir. Görüşdə Regional İnkişaf naziri Kaxa Gule­dani də iştirak edib.

Məlumata görə, İlia Calaxaniya peşəcə hüquqşünasdır. O, indiyədək Kvemo Kartlidə dövlət müvəkkilinin birinci müavini və vəzifəni icra edən şəxs kimi çalışıb. Dövlət strukturlarında, o cümlədən hüquq-mühafizə sistemində uzun illik iş təcrübəsinə malikdir. Müxtəlif müddətlərdə bir neçə regionda rayon prokuroru vəzifəsində fəaliyyət göstərib və hüquqi-istintaq sahəsində geniş təcrübəsi var.

Bizimlə əlaqə saxlayın