28 
Okt
2025
10:42
209

Bələdiyyə İnkişaf Fondunun keçmiş rəhbəri səlahiyyətlərindən sui-istifadəyə görə saxlanılıb

Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları xidməti səlahiyyətlərindən sui-istifadə ittihamı ilə Gürcüstan Bələdiyyə İnkişaf Fondunun (MDF) keçmiş icraçı direktoru David Tabidzeni saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə qurum brifinqdə məlumat yayıb.

İstintaq Xidmətindən verilən məlumata görə, bu iş üzrə Fondun proqram meneceri və layihə meneceri də daha əvvəl saxlanılıb. Onlar istintaqla əməkdaşlıq etdikləri üçün məhkəmə tərəfindən girov qarşılığında azadlığa buraxılıblar.

Qurum xatırladıb ki, uşaqlar üçün 30 bağçanın reabilitasiyasına ayrılmış 9 365 801 lari vəsaitin mənimsənilməsi1 211 000 lari məbləğində çirkli vəsaitin leqallaşdırılması faktına görə “Lagi Kapital” MMC-nin rəhbər şəxsləri artıq məsuliyyətə cəlb olunublar.

İstintaqa görə, Fondun vəzifəli şəxsləri şirkətin 2023-cü ilin iyulundan 2024-cü ilin mayına qədər təqdim etdiyi avans tələblərinin əsassız olduğunu bilsələr də, üstünlük göstərərək ödənişləri davam etdiriblər.

2023–2024-cü illərdə “Lagi Kapital”a 11 218 380 lari məbləğində əsassız avans verilib və şirkət rəhbərləri həmin vəsaitdən 9 365 801 larini mənimsəyiblər.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 332-ci maddəsi (səlahiyyətlərin sui-istifadəsi), 180-ci maddənin 2 və 3-cü hissələri (dələduzluq), 194-cü maddənin 2 və 3-cü hissələri (cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması)362-ci maddənin 2-ci hissəsi (saxta sənədləşmə) ilə aparılır. Bu maddələr 9 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

İstintaq digər mümkün iştirakçıların müəyyənləşdirilməsi və məsuliyyətə cəlb olunması istiqamətində davam etdirilir.

Bizimlə əlaqə saxlayın