21 
Okt
2025
09:41
398

Saakaşvili: “Qaxaria hər zaman Rusiyanın rəsmi agenti və İvanişvilinin layihəsi olub”

"Qiorqi Qaxaria hər zaman Rusiyanın rəsmi agenti və Bidzina İvanişvilinin layihəsi olub."

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə paylaşım edərək bildirib.

Saakaşvilinin sözlərinə görə, Qaxarianı “Gürcü Arzusu” ilə birləşdirən əsas cəhət onun “utanmazlığı və patoloji yalançılığıdır”. O qeyd edib ki, Qaxaria Rusiyada karyera qurmağa getdiyi vaxt Gürcüstanla Rusiya arasında münasibətlər çox gərgin idi və 2008-ci ildən sonra onun rus karyerası zirvəyə çatmışdı.

“Cəmiyyətin bir hissəsinin sadəlövhlüyü məni dəhşətə gətirir. Niyə heç kim düşünmədi ki, Qaxaria necə oldu ki, İvanişvilinin komandasında yüksək vəzifələrə gətirildi? Niyə o, rus deputat Qavrilovu qorumaq üçün gürcülərin gözlərini çıxarırdı? Niyə İvanişvili onu həbs etmədi və sakitcə Almaniyaya getməsinə icazə verdi?”, – deyə Saakaşvili yazıb.

Sabiq prezident bildirib ki, Qaxaria ilə bağlı baş verənlər əvvəlcədən planlaşdırılmış addımdır və İvanişvili ilə Moskva arasında razılaşdırılıb.

“İndi açıq şəkildə görünür ki, Moskva qərar verib və İvanişviliyə göstəriş verib ki, Qaxaria parlamentə qayıtsın. Qaxarianın deputatlıq mandatı rəsmi olaraq dayandırılmışdı, indi isə necə olur ki, qanunsuz parlamentə geri dönür? Bu, açıq-aşkar əvvəlcədən razılaşdırılmış oyundur.

İvanişvili və onun havadarları Qaxarianı parlamentdə ona görə istəyirlər ki, repressiyalar və partiyaların qadağaları ilə siyasi prosesi “boğduqdan” sonra cəmiyyət qarşısında saxta siyasi proses imitasiyası yaratsınlar. Qaxarianın ‘loyal müxalifəti’ isə insanların diqqətini əsas problemlərdən yayındırmaq üçün istifadə olunacaq. İvanişvili bununla bir neçə il daha vaxt qazanmağa çalışır, lakin biz buna imkan verməməliyik”, – deyə Saakaşvili vurğulayıb.

Bizimlə əlaqə saxlayın