“Həmas” Qəzza zolağında müharibənin başa çatdığını elan edib
Fələstinin “Həmas” hərəkatı Qəzza zolağında müharibənin sona çatdığını rəsmən bəyan edib.
InterPress.ge xəbər verir ki, bu barədə təşkilatın danışıqlar üzrə nümayəndə heyətinin rəhbəri Xalil əl-Hayya məlumat verib. Onun açıqlaması Reuters və Al Jazeera tərəfindən yayılıb.
“Qardaş vasitəçilərdən və ABŞ administrasiyasından zəmanət aldıq. Onlar təsdiq etdilər ki, müharibə tamamilə başa çatıb,” – deyə əl-Hayya bildirib.
Əl-Hayyanın sözlərinə görə, əldə olunan razılaşmaya əsasən, İsrail həbsxanalarında ömürlük məhkum olunan 250 fələstinli azad ediləcək. Bundan əlavə, müharibə başlayandan sonra həbs edilən 1 700 Qəzza sakini də azadlığa buraxılacaq.
Razılaşma həmçinin Rəfah sərhəd-keçid məntəqəsinin hər iki istiqamətdə açılmasını da nəzərdə tutur.
Xatırladaq ki, bundan öncə ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, “Həmas” bütün girovları oktyabrın 13-14-də (bazar ertəsi və çərşənbə axşamı) azad edəcək.


