Bidzina İvanişvili: “2012-ci ildə biz təkcə xilas olmadıq, həm də qalib gəldik, amma azadlığa sahib çıxmasaq, illərlə qurduğumuzu itirəcəyik”
“2012-ci ildə biz təkcə xilas olmadıq, həm də qalib gəldik, lakin əldə olunmuş azadlığa sahib çıxmasaq, bu illər ərzində qurduğumuz hər şeyi itirəcəyik.”
InterPressşge xəbər verir ki, bu barədə “Gürcü Arzusu” partiyasının sədri Bidzina İvanişvili bəyanatında bildirib.
İvanişvilinin sözlərinə görə, bu gün əsas mübarizə xətti sülhün və sabitliyin qorunmasından keçir ki, bu da inkişaf, daha yaxşı gələcək və vahid Gürcüstana aparan yeganə yoldur.
“Geridə qalan 13 il bizim çoxəsrlik tariximizin məntiqi davamıdır. 2012-ci ildə biz təkcə sağ qalmadıq, həm də qalib gəldik. Ancaq azadlığa sahib çıxmasaq, illər boyu qurduqlarımızı itirəcəyik. Gürcüstanın tarixi də məhz budur – daimi mübarizə. Bu mübarizə müxtəlif dövrlərdə bəzən sağ qalmaq uğrunda fədakarlıqda, bəzən müstəqilliyin əldə edilməsində, bəzən güclü dövlətin formalaşdırılmasında, dilin, dinin və vətənin – gürcü kimliyinin əsas dayaqlarının qorunmasında ifadə olunub.
Bu gün biz yenidən mübarizə aparırıq, lakin dəyişmiş düşmən və çağırışlarla. Mübarizə xətti bu gün sülhün və sabitliyin qorunmasından keçir, bu isə inkişaf və vahid Gürcüstana gedən yeganə yoldur. Biz yaxşı dərk etməliyik ki, indi də incə bir körpüdən keçir və səhv etməyə haqqımız yoxdur. Suverenlik və müstəqillik uğrunda mübarizə daim ayıqlıq tələb edir. Təbii ki, geridə qalan 13 ildə səhvlər də olub, lakin xoşbəxtlikdən onlar dövlətçiliyimizi və mövcudluğumuzu təhlükəyə atacaq səviyyədə olmayıb və düzəldilməsi mümkünsüz olmayıb”, – deyə Bidzina İvanişvili bildirib.


