26 
Sen
2020
09:55
654

Qoqi Meşveliani: Əminəm ki, bizim kəndlərimizi gücləndirmək və inkişaf etdirmək üçün bərabər bir çox müsbət addımlar atacağıq"

"Əminəm ki, bizim kəndlərimizi gücləndirmək və inkişaf etdirmək üçün bərabər bir çox müsbət addımlar atacağıq".

InterPress.ge xəbər verir ki, bu haqda "Gürcü Arzusu Demokratik Gürcüstan" partiyasının Bolnisi, Dmanisi, Tetricğaro və Çalkanın majoritar deputatlığa namizədi Qiqi Meşveliani Çalka bələdiyyəsində Çiftkilisa, Kabur, Saçkov, Aşkala və Çinçğaro kəndlərinin əhalisi ilə baş tutan görüşündə qeyd edib.

Görüşdə yerli sakinlər onlar üçün maraq kəsb edən mövzulardan danışıblar. Onların majoritar deputatlığa namizədə bildirdiklərinə görə, yerli əhalini yol infrastrukturunun və içməli suyun olmaması narahat edir.

"Ümumi cəmdə çox maraqlı görüşlər baş tutur. Görüşdə kənd təsərrüfatının inkişaf imkanlarından danışdıq. Əminəm ki, bizim kəndlərimizi gücləndirmək və inkişaf etdirmək üçün bərabər bir çox müsbət addımlar atacağıq", - dedi Qoqi Meşveliani.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər