09 
Sen
2020
21:50
1042

Bu gün koronavirusa yoluxan 44 nəfər haqda açıqlama

"Koronavirusun təsdiqlənmiş 44 yeni halından 3-ü tibb işçisidir".

InterPress.ge xəbər verir ki, bu barədə Yoluxucu xəstəliklər xəstəxanasının tibb direktoru Marina Ezuqbaia açıqlama verib.

Onun bildirdiyinə görə, hal-hazırda Covid mərkəzlərdə 421 xəstə müalicə alır.

"Bu gün 44 yeni hal qeydə alınaraq Gürcüstanda virusa yoluxanların sayı 1773 nəfər təşkil etdi. Koronavirusun 44 yeni halından 7-si Dona klasterindəndir, 12-si Batumi şəhəri ilə əlaqədardır, 12-si virusdaşıyıcısı ilə təmasda olandır, 2-si epidpartlayış olan bölgədəndir, 5-i xaricdən daxilolmadır, 3-ü tibb işçisidir, digər 3-nün isə yoluxma mənbəyi epidemioloqlar tərəfindən araşdırılır.

4 nəfər sağalıb və sağalma hallarının ümumi faizi 75%-dir. Covid mərkəzlərdə isə 421 xəstə müalicə alır. 3 nəfər kritik ağırdır, 17 nəfər isə ağırdır ", - dedi Marina Ezuqbaia.

Bizimlə əlaqə saxlayın