22 
Iyl
2024
16:06
360

Ukrayna Qərb müttəfiqlərindən daha 100 min artilleriya mərmisi alacaq

Ukrayna Çexiya təşəbbüsü çərçivəsində Qərb müttəfiqlərindən daha 100 min artilleriya mərmisi alacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Ukrayna mətbuatı Çexiyanın xarici işlər naziri Yan Lipavskiyə istinadən bildirib.

Nazirin sözlərinə görə, yaxın iki ay ərzində çatdırılma gözlənilir.

“İyul və avqust aylarında biz daha 100 min patron göndərəcəyik. İndi biz daha çox sursat almaq üçün vəsait axtarırıq ki, təşəbbüs 2025-ci ildə davam etdirilsin”, - Lipavski bildirib.

Çexiya XİN rəhbərinin sözlərinə görə, 18 ölkə bu təşəbbüsə qoşulub, onlardan 15-i artıq öz öhdəliklərini yerinə yetirib və töhfə verib, bu isə o deməkdir ki, 2024-cü ilin sonuna qədər Ukrayna silahlı qüvvələrinə 500 min sursat tədarük etmək üçün kifayət qədər pul var. 
 

Bizimlə əlaqə saxlayın