11 
Iyn
2024
15:59
108

Rusiyanın “Azimut” aviaşirkəti iyuldan Kutaisiyə uçuşlar həyata keçirəcək

Rusiya federasiyasının “Azimut” aviaşirkəti Kutaisi istiqamətində uçuşlara başlayacaq. Uçuşlar iyul ayından başlayacaq və həftədə iki dəfə həyata keçiriləcək.

InterPress.ge xəbər verir ki, bu barədə Rusiya KİV “Tass” məlumat yayıb.

“Azimut Hava Yolları beynəlxalq marşrutlar şəbəkəsini inkişaf etdirir və yeni marşrut  Moskva - Kutaisi - Moskva üzrə aviabiletlərin satışını elan edir. Yay naviqasiya dövründə reys 2024-cü il iyulun 2-dən oktyabrın 25-dək çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək.” –  məlumatda deyilir.

Şirkət izah edir ki, Moskvanın Vnukovo hava limanından uçuş saat 07:10-a, təyyarə Kutaisiyə saat 11:45-də enəcək, Kutaisidən uçuş isə saat 12:45-ə planlaşdırılıb.

Azimut Hava Yolları 2023-cü ildə Putinin məhdudiyyəti aradan qaldırmasından sonra Gürcüstana uçuşlara başlayıb.
 

Bizimlə əlaqə saxlayın