31 
May
2024
16:09
870

Təbii fəlakətdən sonra əhali narahatlığını bildirir - VİDEO

26 may tarixində yağan güclü yağış Marneulidə və ətraf kəndlərdə ciddi fəsadlara səbəb olub.Yağış səbəbilə Xram və Debed çaylarının daşması nəticəsində kommunikasiya xətləri, yol infrastrukturu zədələnib, evlərin zirzəmiləri və təsərrüfat sahələri su altında qalıb.

Sel nəticəsində bir sıra yaşayış məntəqələrində körpülər dağılıb, qaz və işıq xətləri zədələnib.

Yağan yağışla gələn sel Marneuli bazarınada ciddi ziyan vurub. Belə ki, sel nəticəsində bazar ərazisində yerləşən obyektlərə su dolaraq ciddi zərərə səbəb olub. Həmçinin, güclü yağışla gələn sel nəticəsində bazar ətrafından dolaşan yol və Algeti çayı üzərində mövcud olan körpü yararsız vəziyyətə düşüb.

Sözügedən məsələ ilə bağlı Marneuli bələdiyyəsi merinin birinci müavini Roin Dekanoidzenin sözlərinə görə, yol infrastrukturunu və mövcud körpülərə dəyən ziyanın öyrənilməsi üçün infrastruktur işçiləri tərəfindən mütəxəssislərdən ibarət ayrı bir qrup yaradılmışdır.

Bizimlə əlaqə saxlayın