20 
Avq
2020
13:11
1415

Öldürülən gənc qızın atası bir neçə detal açıqladı - "Kvemo Kartili polisinə güvənmirəm"

"Qətlə dair şübhələrim ərazini gördükdə yarandı. Sadəcə olaraq bu günə kimi işi örtürdülər".

InterPress.ge xəbər verir ki, bu haqda Tamar Baçaliaşvilinin atası Gumber Baçaliaşvili Tetricğaro bələdiyyəsinin Maçevan meşəsində istintaq eksperimenti başlamadan öncə qeyd edib.

Onun sözlərinə görə Tetricğaro polisi tərəfindən işin üstünün örtülməsinə başlanır.

"Tetricğaro polisi tərəfindən işin üstünün örtülməsinə başlanır. 100 dəfə demişəm yenə deyirəm. Kvemo Kartli polisinə etibar etmirdim. İndi isə İrakli Şotadzeyə etibar edirəm. Avtomobil 4 gün ərazidə olub və guya görməyiblər? Baxın nə qədər çox insan keçir buradan, 2 saat burada dayanaq görəcəksiniz ki, nə qədər avtomobil keçir. Mən əraziyi gördükdə şübhələrim yarandı. Buraya qədər işin üstünü örtüblər. Kəntdə işıq söndürüldükdən sonra avtomobili gətiriblər", - dedi Gumber Baçaliaşvili.

Qeyd edək ki, 23 yaşlı proqramist Tamar Baçaliaşvilinin öz avtomobilində cəsədinin tapıldığı ərazidə bu gün eksperiment aparılır. Baçaliaşvilinin vəkili Mixeil Ramişvilinin sözlərinə görə Eksperiment 24 saat davam edəcək.

Bizimlə əlaqə saxlayın