11 
Mar
2024
18:44
626

Gənc rəssam Emilya Hüseyinovanın "Xəyala ilk addım" adlı fərdi sərgisi keçirilib

"Gürcüstan Milli Kitabxanası" binasında Palitra- İnteqrasiya 2024" layihəsi çərçivəsində  “TEA HOUSE"un yetirməsi, rəsm müəlliməsi və gənc rəssam Emilya Hüseyinovanın "Xəyala ilk addım" adlı fərdi sərgisi keçirilib.

InterPress.ge xəbər verir ki, sərgi  “Gürcüstan İncəsənət Akademiyası” və “İnkişaf və Təhsil Mərkəzi”nin birgə təşkilatçılığı ilə həyata keçirilib.
 
Canlı musiqi fonunda keçirilmiş tədbirdə peşəkar rəssamlar, yazıçılar, fotoqraflar, dövlət və qeyri hökümət təşkilatları nümayəndələri,  beynəlxalq təşkilatlar və diplomatik korpusların nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Palitra İnteqrasiya layihəsi ənənəvi olaraq 2018-ci ildən keçirilməkdədir. Layihənin məqsədi, regionda incəsənətin inkişafı və incəsənət sahəsində inteqrasiyaya nail olmaqdır.


 


 


 


 


 

Bizimlə əlaqə saxlayın