Adıqendə müsəlman və xristian icması arasında fiziki qarşıdurma baş verdi - Namaz qılınmağa qoyulmadı
Adıqenin mərkəzində müsəlman və xristian əhali arasında fiziki qarşıdurma yaranıb.
InterPress.ge xəbər verir ki, aralarında din xadimləri də daxil olmaqla onlarla vətəndaş cümə namazına toplaşan müsəlmanlara yaxınlaşaraq onları namazı dayandırmaqla, ərazini tərk etməklə hədələyib.
Vəziyyət o qədər gərginləşib ki, onlarla polis əməkdaşını hadisə yerinə çağırmaq lazım gəlib. Hüquq-mühafizə orqanlarının əməkdaşları fiziki qarşıdurmanın qarşısını ala biliblər.
Məlumata görə, yerli xristian din xadimləri və əhalinin bir hissəsi dindarların cümə namazına toplaşdığı müsəlman dini mərkəzinin mövcudluğuna etiraz edirlər. Problemin həllində hökumət də iştirak edir, amma nəticəsi yoxdur.
Müsəlman icmasının nümayəndələri hadisə ilə bağlı bazar ertəsi yerli hökumət nümayəndələri ilə görüşəcək.


