06 
Mar
2024
19:02
359

Ermənistan Rusiya sərhədçilərinin İrəvan Beynəlxalq Hava Limanından çıxarılmasını tələb edir

"İrəvanın Zvartnots beynəlxalq hava limanında ruslar yox, yalnız erməni sərhədçiləri olmalıdır"

InterPress.ge xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərlə söhbətində bildirib.

O cümlədən, Zvartnots Beynəlxalq Hava Limanından rus sərhədçilərinin çıxarılması məsələsinə baxılıb- baxılmaması sualına cavab verərkən Qriqoryan bildirib ki, sözügedən hava limanında yalnız erməni sərhədçiləri olmalıdır.

“Ermənistanın dəqiq mövqeyi var və bu mövqe barədə Rusiya Federasiyasına rəsmi məktubla məlumat verib.
Ermənistanın mövqeyi ondan ibarətdir ki, Zvartnots Beynəlxalq Hava Limanının xidmətlərini yalnız erməni sərhədçiləri təmin etməlidir”, - Qriqoryan bildirib.
Bu tədbirlərə ehtiyac haradan yaranıb sualına Qriqoryan bildirib ki, müstəqillik dövründə Ermənistan müxtəlif istiqamətlərdə güc toplayıb və hazırda Ermənistanın hava limanına tam nəzarət etmək potensialı var.
Məlumat üçün bildirək ki, indiyədək Ermənistan parlamentinin (Milli Assambleyasının) sədri Alen Simonyan Rusiya sərhədçilərinin Zvartnots beynəlxalq hava limanını tərk etməsinin düzgün olacağını bildirib.

Bizimlə əlaqə saxlayın