28 
Fev
2024
22:14
139

“Türkiyə yenidən Ukrayna və Rusiya arasında sülh danışıqlarına ev sahibliyi etməyə hazırdır”- Ərdoğan

Türkiyə yenidən Ukrayna və Rusiya arasında sülh danışıqlarına ev sahibliyi etməyə hazırdır.

InterPress.ge xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna-Cənub-Şərqi Avropa Sammitində videomüraciətində bildirib.

Ərdoğanın sözlərinə görə, o, Rusiya-Ukrayna müharibəsinin “ədalətli və uzunmüddətli nizamlanması” üçün diplomatiya və dialoqa şans verilməli olduğu fikrində qalır.

“Bu məqsədə çatmaq üçün ən yüksək səviyyəli diplomatik kanallardan hər cür istifadə etmək böyük əhəmiyyət kəsb edir...
Hər kəsə yaxşı məlumdur ki, Türkiyə Ukraynanın müstəqilliyinə, suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır. Biz də Krım tatar soydaşlarımızın hüquq və mənafelərini qorumaq üçün hər cür səy göstərəcəyik”, - deyə Ərdoğan bildirib.
Türkiyə prezidentinin sözlərinə görə, sülhün bərqərar olması istiqamətində ciddi irəliləyiş əldə olunmayıb və hər iki tərəfin yaxınlaşması sülh təşəbbüslərinin uğuru üçün çox vacibdir.

"Hesab edirəm ki, heç olmasa sülhün ümumi parametrlərini müəyyən etmək üçün birgə səylərə başlamaq lazımdır", - Ərdoğan deyib.

O, Ukrayna prezidenti Vladimir Zelenskinin 10 bəndlik sülh planının “prinsipini” dəstəklədiyini və Ankaranın Ukraynanın “tez bir zamanda bərpası və yenidən qurulmasına” töhfə verməyə hazır olduğunu qeyd edib.

Bizimlə əlaqə saxlayın