Prezident administrasiyasının saytına edilən kiberhücumun qarşısı alınıb
Dövlət Təhlükəsizliyi Xidməti Gürcüstan Prezidenti Administrasiyasının rəsmi saytına kiberhücumun qarşısını alıb.
InterPress.ge xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətinin Əməliyyat-Texniki Qurumunun Kibertəhlükəsizlik Mərkəzi qısa müddətdə hücumu aşkar edib.
“Bir sıra fövqəladə hallara cavab tədbirlərinin həyata keçirilməsi nəticəsində qeyd olunan kiberhücumun qarşısı alınıb və prezident administrasiyasının saytı normal fəaliyyət göstərir.
Sözügedən saytın digər boşluqlarının yoxlanılması, o cümlədən təqsirkarların müəyyən edilməsi və növbəti hüquqi tədbirlərin görülməsi məqsədilə hadisə ilə bağlı əlavə araşdırmalar aparılır”, - məlumatda deyilir.


