23 
Yan
2024
14:33
551

Dekabrda işçilərin 3,8%-i aylıq 9600 laridən çox əməkhaqqı alıb

2023-cü ilin dekabr ayında aylıq əməkhaqqı alanların sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,9 faiz, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 5,8 faiz artıb.

InterPress.ge xəbər verir ki, PMC Research tərəfindən hazırlanan “Məşğulluq İzləyicisi”ndə qeyd edilib ki, 2023-cü ilin dekabr ayında 0-600 lari arasında aylıq əməkhaqqı alanların sayı 13,5 faiz təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,7 faiz bənd, 2021-ci ildə ilin müvafiq dövrü ilə müqayisədə isə 5,7 faiz bəndi azalıb.

2023-cü ilin dekabr ayında 2400 lari və daha çox aylıq əməkhaqqı alanların sayı 39,4 faiz təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 21,0 faiz bəndi, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 12,5 faiz bəndi çoxdur.

2023-cü ilin dekabr ayında 9600 lari və daha çox aylıq əməkhaqqı alanların sayı 3,8% təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz bəndi, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 1,3 faiz bəndi artım deməkdir.

Bizimlə əlaqə saxlayın