17 
Nybr
2023
14:05
436

Nana Toxvadze: "Gürcü Arzusu"nun müəllimləri rüşvətlə satın alması baş tutmayacaq"

"Sizdən qəsdən edilən “səhv”ə görə məsuliyyəti öz üzərinizə götürməyinizi və yaradılan gözləntilərə uyğun addımlar atmağınızı tələb edirik, "Gürcü Arzusu"nun müəllimləri rüşvətlə satın alması baş tutmayacaq".

InterPress.ge xəbər verir ki, bu tələblə “Ağmaşenebeli Strategiyası”nın təhsil şöbəsinin müdiri Nana Toxvadze Təhsil və Elm Nazirliyinə yazılı müraciət edib.

Toxvadzenin qeyd etdiyinə görə, hökumət 2024-cü ilin yanvar ayından müəllimlərin maaşının 500 lari artırılmasını nəzərdə tutan öz vədini dəyişib və onu seçkiqabağı dövrə keçirib.

Onun sözlərinə görə, "Gürcü Arzusu"nun müəllimlərin maaşını artırması qayğı deyil, seçkiqabağı təbliğatın təzahürüdür.

“Müəllimlərin maaşlarının artırılması üçün Təhsil Nazirliyinə 160 milyon vəsait ayrılıb. Baş nazirin hökumətin iclasında bəyan etdiyi kimi - "2024-cü ildə müəllimlərin maaşları əhəmiyyətli dərəcədə artacaq - müəllimlər orta hesabla 500 lari və daha çox artım alacaqlar". Lakin, nəhayət, məlum olur ki, onlar maaşları 2024-cü ilin yanvarından yox, seçkilərdən əvvəl, həm də tam ştatlı məşğulluq vəziyyətində “artırmağa” hazırlaşırlar. Müəllimlərin yarısının belə tam ştatlı dərs yükünün olmamasının hakimiyyət üçün heç bir əhəmiyyəti yoxdur. 2017-ci ildən bəri dəyişməyən sinif rəhbəri maaşının və əsas əməkhaqqının artırılması ilə bağlı verilən vədi də xatırlatmalıyıq. Sizdən qəsdən edilən “səhv”ə görə məsuliyyəti öz üzərinizə götürməyinizi və yaradılan gözləntilərə uyğun addımlar atmağınızı tələb edirik, "Gürcü Arzusu"nun müəllimləri rüşvətlə satın alması baş tutmayacaq".

 

Bizimlə əlaqə saxlayın