Tbilisinin Afrika yaşayış massivində fərdi yaşayış evində yanğın baş verib. Hadisə nəticəsində bir nəfər həyatını itirib.
InterPress.ge xəbər verir ki, Fövqəladə Halların İdarə Olunması Xidmətinin məlumatına görə, evdə yanğın partlayışdan sonra başlayıb.
Mövcud məlumata əsasən, hadisənin ehtimal olunan versiyalarından birinə görə, odun sobasının yanında benzin dolu butulka olub. Bu, əvvəlcə partlayışa, daha sonra isə güclü yanğına səbəb olub.
Qurumdan bildiriblər ki, yanğın artıq söndürülüb.
