Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Marneulidə və bir sıra kəndlərdə yeni yollar çəkiləcək

79
Marneulidə və bir sıra kəndlərdə yeni yollar çəkiləcək
Dinləmək üçün basın

Marneuli bələdiyyəsində Regional İnkişaf Fondunun maliyyələşdirməsi çərçivəsində 8 yeni və 7 keçid layihəsinin həyata keçirilməsi nəzərdə tutulub. Yeni layihələrin ümumi dəyəri 13,36 milyon lari təşkil edir.

InterPress.ge xəbər verir ki, layihələrə Marneuli şəhərində və bir sıra kəndlərdə yolların bərpası daxildir.

  • Marneuli şəhərində Vaja-Pşavela küçəsinin (848 331 lari) və Nizami/Səməd Vurğun küçəsinin (745 450 lari) bərpası;
  • Təzəkənddə yolların abadlaşdırılması (868 139 lari);
  • Bəylərdə yol işləri (1 660 115 lari);
  • Qızılhacılıda, Jordania küçəsində yolun bərpası (1 855 876 lari);
  • Qırxılı –Yenikənd birləşdirici yolunun bərpası (2 108 707 lari);
  • Kəpənəkçi–Keşəli–Algeti zonasında ikinci mərhələ işləri (1 834 926 lari);

Bundan əlavə, Baydar kəndinin mərkəzi yolunun və dalanlarının bərpası nəzərdə tutulub. Layihənin dəyəri 3 milyon 441 min 627 lari təşkil edir və iki il ərzində həyata keçirilməsi planlaşdırılır.

Məlumata görə, digər layihələrin bir qismi qiymətlərin yenidən hesablanması məqsədilə Levan Samxarauli adına Məhkəmə Ekspertizası Bürosuna göndərilib.

İclasda həmçinin bildirilib ki, yanacağın qiymətinin artmasına baxmayaraq, bələdiyyə nəqliyyatında gediş haqqı dəyişməyəcək. Avtoparkın və “Supta Marneuli” MMC-nin maliyyələşdirilməsi isə yanacaq və əməkhaqqı xərclərinin artması nəzərə alınaraq cüzi artırılacaq.

Yeni uşaq bağçalarının təchiz edilməsindən sonra əlavə qrupların açılması planlaşdırıldığı üçün Məktəbəqədər Təhsil Mərkəzinin maliyyələşdirilməsi də artırılacaq.

Büdcə layihəsi ilə bağlı irad və təkliflərin yazılı və ya elektron formada noyabrın 25-dək təqdim edilməsi mümkündür. Dekabrın 10-dan sonra ictimai müzakirələr başlayacaq. Büdcənin dekabrın 31-dək təsdiqlənməsi nəzərdə tutulur.

Xəbəri qiymətləndir

Son xəbərlər

Ukraynalıların 83%-i müharibənin danışıqlar yolu ilə başa çatmasını dəstəkləyirQərbi Avropa yeparxiyasının mitropoliti Avraam (Qarmelia) vəfat edibPoniçalada baş verən partlayışda xəsarət alan İlia İsəyev xəstəxanada vəfat edibAvropa Parlamentində Gürcüstanla bağlı debatlar keçiriləcəkDövlət Qrantlarının İdarə Edilməsi Agentliyi yanvarın 1-dən ləğv ediləcəkSon xəbərlərə bax →