Qərbi Avropa yeparxiyasının rəhbəri, mitropolit Avraam (Qarmelia) vəfat edib.
InterPress.ge xəbər verir ki, bu barədə Qərbi Avropa yeparxiyası məlumat yayıb.
“Gürcüstan Apostol Avtokefal Pravoslav Kilsəsinin Müqəddəs Sinodunun üzvü, onun yüksək rütbəli üzvü, Qərbi Avropa mitropoliti Avraam (Qarmelia) Tanrının dərgahına qovuşub”, – deyə məlumatda bildirilib.
Qeyd edək ki, bundan əvvəl Gürcüstan Pravoslav Kilsəsinin Qərbi Avropa yeparxiyası mitropolit Avraamın səhhətinin kritik olduğunu və onun reanimasiya şöbəsində müalicə aldığını açıqlamışdı.
