14 
Nybr
2023
23:30
260

Slovakiya Ukraynaya hərbi yardımı dayandırır

Slovakiya hökumətinin bildirdiyinə görə, onlar bundan sonra Ukraynaya silah tədarük etməyəcəklər.

InterPress.ge xəbər verir ki, bu barədə Slovakiya Müdafiə Nazirliyinin bəyanatında deyilir.

"Müdafiə Nazirliyinin rəhbəri Kaliniak NATO-nun baş katibini Slovakiyanın Ukraynaya göndərdiyi hərbi yardımın dayandırılması barədə məlumatlandırıb", - məlumatda deyilir.

Eyni zamanda qeyd edilir ki, Slovakiya Ukraynaya “kifayət qədər geniş spektrdə humanitar, mülki və texniki qeyri-öldürücü yardım” təklif edir.
Bəyanatlara görə, beynəlxalq tərəfdaşlar Slovakiyanın yeni hökumətinin qərarına tam hörmətlə yanaşırlar.

Bizimlə əlaqə saxlayın