13 
Nybr
2023
16:08
573

Gələn ildən Təhsil və Elm Nazirliyinə Gənclər Agentliyi əlavə olunacaq

Gələn ildən Təhsil və Elm Nazirliyinə Gənclər Agentliyi əlavə olunacaq.

InterPress.ge xəbər verir ki, bu barədə təhsil və elm naziri Giorgi Amilaxvari hökumətin iclası başa çatdıqdan sonra açıqlama verib.

Onun sözlərinə görə, müvafiq qanunvericilik dəyişiklikləri həyata keçirildikdən sonra qurumun adı Təhsil, Elm və Gənclər Nazirliyi olacaq.

“Bu gün biz Gənclər Agentliyinin Mədəniyyət, İdman və Gənclər Nazirliyinin tabeliyindən Təhsil və Elm Nazirliyinin tabeliyinə verilməsini müzakirə etdik. Ümumiyyətlə, artıq təhsil və gənclər siyasətini proqramlarımıza, nazirliyimizə daxil edəcəyik. Ona görə də gənclər siyasəti ilə təhsilin yaxınlığı nəticəsində bu qurumun fəaliyyətinin Təhsil və Elm Nazirliyində davam etdirilməsini məqsədəuyğun hesab edirik. Nəticədə qanun layihələrinin siyahısı parlamentə təqdim olunacaq və gələn ildən yeni nazirlik - Təhsil, Elm və Gənclər Nazirliyi formalaşdırılacaq ki, onun tərkibinə Gənclər Agentliyi də əlavə olunacaq”, - Giorgi Amilaxvari bildirib.

Bizimlə əlaqə saxlayın